"SOCAR Energy Ukraine” ötən il maye qaz satışını 40% artırıb

21-02-2018, 15:11
Oxunub: 158
Ötən il şirkətin maye qaz satışı isə orta hesabla 40% artıb


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi – “SOCAR Energy Ukraine” 2017-ci ildə fəaliyyətdə olan yanacaq-doldurma komplekslərinin ərazisində 6 qaz modulu quraşdırılıb. Bununla da, şirkətin yerli bazarda qazdoldurma məntəqələrinin sayı 34-ə çatıb.

Report bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, nəticədə “SOCAR Energy Ukraine”ın yanacaq-doldurma komplekslərinin qaz modulları ilə təchizat səviyyəsi 58%-ə çatıb. Ötən il şirkətin maye qaz satışı isə orta hesabla 40% artıb.

Xatırladaq ki, “SOCAR Energy Ukraine” 2008-ci ildən fəaliyyət göstərir. Şirkətin ölkənin 11 vilayətində 59 yanacaq-doldurma kompleksi və 2 neftdoldurma bunkeri var.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti