Netanyahu Mahmud Abbası terrorçuluğu maliyyələşdirməkdə günahlandırıb

21-02-2018, 11:12
Oxunub: 97
"O sülhdən qaçmaqda, terrorçulara ildə 147 mln. dollar ödəməkdə davam edir”


İsrailin baş naziri Binyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında çıxış etmiş Fələstin lideri Mahmud Abbası sülhdən yayınmaqda və terrorçuluğu maliyyələşdirməkdə günahlandırıb.    

Qeyd edək ki, Nyu Yorkda səfərdə olan M.Abbas İsrail-Fələstin münaqişəsinin nizamlanması üzrə yeni çoxtərəfli mexanizmin yaradılması üçün beynəlxalq konfransın çağırılmasını tələb edib.

“Abbas yeni heç bir şey demədi. O sülhdən qaçmaqda, terrorçulara və onların ailələrinə ildə 147 mln. dollar ödəməkdə davam edir”, - deyə B.Netanyahunun  bəyanatında bildirilir.

İsrail tərəfinin iddiasına əsasən, İsrail vətəndaşlarına qarşı törətdikləri hücumlara görə öldürülən, yaralanan və həbs edilən fələstinlilərin ailələrinə hər il ödənilən vəsaitlər Fələstin Milli Administrasiyasının illik büdcəsinin  7 faizini təşkil edir.

Fələstinlilər isə 35 min ailə arasında paylaşdırılan bu vəsaitləri işğal qurbanlarına yardım adlandırırlar. İsrail və ABŞ hesab edirlər ki, Fələstin administrasiyası bununla terrora bəraət qazandırır və davam etdirilməsini stimullaşdırır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti