"Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesini dəstəkləyirik"

21-02-2018, 11:06
Oxunub: 96
"Vəziyyəti gərginləşdirə biləcək addımlar atmamağa çağırırıq”


“Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesini dəstəkləməyə davam edəcək”.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu fikirlər Fransa Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.

“Biz münaqişə tərəflərini bu istiqamətdə məsuliyyətli fəaliyyət göstərməyə, xüsusi ilə vəziyyəti gərginləşdirə biləcək addımlar atmamağa çağırırıq”, - Fransa XİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun üç həmsədr (ABŞ və Rusiya ilə birlikdə) ölkəsindən biridir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti