Yaponiyada "Tesla Model S"-i üstələyən elektrik super avtomobil yaradılıb

21-02-2018, 10:52
Oxunub: 778
Avtomobil saatda 96 kilometr məsafə üçün sürəti 1,9 saniyəyə yığır


Yaponiyanın "Aspark" şirkəti elektriklə işləyən yeni super avtomobili təqdim edib.

Report xəbər verir ki, bu barədə "Fortune" məlumat yayıb.

Məlumatda bildirilir ki, avtomobil saatda 96 kilometr məsafə üçün sürəti 1,9 saniyəyə yığır. Avtomobil bu göstərici ilə "Tesla Model S"in rekordunu üstələyib. "Tesla Model S" ötən il dünyada həmin sürəti 2,3 saniyəyə yığan ən sürətli avtomobil kimi tanınmışdı.

"Aspark Owl" adlandırılan yeni elektrik avtomobil dünyada ən bahalı maşınların əksəriyyətinin sürətlənmə rekordunu üstələyib. Məsələn, 3 milyon dollara satılan "Bugatti Chiron" həmin sürəti 2,3 saniyəyə toplayır. "Lamborghini Aventador"da isə bu rəqəm 2,7 saniyə təşkil edir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti