Ağ Ev KXDR-in Penslə görüşü ləğv etdiyini təsdiqləyib

21-02-2018, 10:43
Oxunub: 57
"Ola bilər ki, danışıqlar stoluna oturmaq üçün heç vaxt səmimiyyətə hazırlanmayıblar"


ABŞ-ın vitse-prezidenti Mayk Pensin aparatının rəhbəri Nik Ayers Şimali Koreyanın nümayəndələrinin Pxençxanda keçirilən Olimpiadada onun rəhbəri ilə görüşü ləğv etdiklərini təsdiqləyib.

Report xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.

"Onlar görüşdən imtina etdilər. Ola bilər ki, danışıqlar stoluna oturmaq üçün heç vaxt səmimiyyətə hazırlanmayıblar", - deyə Ayers qeyd edib.

Onun sözlərinə görə, əvvəlcə Şimali Koreya vitse-prezidentin daha çox yumşaq fikir bildirəcəyi, sonra öz təbliğatçılıq hədəflərində bundan istifadə edəcəyi ümidi ilə görüşü təxirə salıb.

Daha əvvəl "The Washington Post" yazıb ki, Pens Seulda KXDR liderinin bacısı Kim Yo Çjonla görüşməli idi. Lakin amerikalı siyasətçinin Pxenyanın ünvanına kəskin fikirləri səbəbindən görüş son anda Şimali Koreya tərəfindən ləğv edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti