BMT rəsmisi Türkiyəni hərbi əməliyyatları dayandırmağa çağırıb

21-02-2018, 09:13
Oxunub: 106
"Bu hərbi əməliyyatları dayandırmaq zəruridir"


BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik Türkiyəni Suriyanın Afrin bölgəsində keçirdiyi hərbi əməliyyatları dayandırmağa çağırıb.

Report xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Bu hərbi əməliyyatları dayandırmaq zəruridir. Döyüşlər nə qədər çox olsa, bizim yardıma ehtiyacı olanlarla əlaqəmiz o qədər az olar", - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Suriyanın Bəşər Əsədə bağlı silahlılarının Afrinə doğru hərəkət etməsi barədə məlumat yayılıb. Türkiyə ordusunun Afrində terrorçulara qarşı keçirdiyi "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti