Ukrayna əhalisi ötən il 198 min nəfər azalıb

21-02-2018, 09:05
Oxunub: 64
"2018-ci ilin 1 yanvarında ölkə əhalisinin sayı 42 milyon 386,4 min nəfərdir"


Ukraynanın Dövlət Statistika Xidməti ötən il ölkə əhalisinin sayının azaldığını bildirib.

Report xarici mətbuata istinadən xəbər verir ki, 2017-ci ildə Ukrayna əhalisinin 198,1 min nəfər azaldığı məlum olub.

"2018-ci ilin 1 yanvarına olan məlumata görə, ölkə əhalisinin sayı 42 milyon 386,4 min nəfərdir. 2017-ci ildə əhalinin sayı 198,1 min nəfər azalıb", - deyə "NewsOne" telekanalı bildirib.

Qeyd edilir ki, ölənlərin sayı yeni doğulanların sayına nisbəti 100 nəfərin 63 nəfərədir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti