Qış Olimpiya Oyunlarında bir növ üzrə yarışda Almaniya fəxri kürsünün hər üç medalını qazanıb

20-02-2018, 18:21
Oxunub: 117
5 gümüş və 6 bürünc medalı olan Kanada tutur


Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında xizək ikinövçülüyü üzrə yarışda Almaniya yığması fəxri kürsünün hər üç pilləsini ələ keçirib.

Report-un məlumatına görə, qızıl medalı finişə 23 dəqiqə 52,5 saniyəyə çatan Yohannes Ridzek qazanıb. Fabian Rissle 23 dəqiqə 52,9 saniyə nəticə ilə gümüş, Erik Frentsel isə 23 dəqiqə 53,3 saniyə göstərici ilə bürünc medala sahib olub.

Qeyd edək ki, bu nəticədən sonra Almaniya qızıl medal sayında ilk sıradakı Norveçlə bərabərləşib. Hər iki ölkənin 11 "qızıl"ı var. Lakin Norveç gümüş (10) və bürünc (8) medal sayında Almaniyanı (müvafiq olaraq, 7 və 5 medal) üstələyir. Üçüncü yeri isə 8 qızıl, 5 gümüş və 6 bürünc medalı olan Kanada tutur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti