Vergilər naziri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

20-02-2018, 18:01
Oxunub: 109
Bankın texniki dəstək göstərə biləcəyi sahələrin müəyyənləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə müzakirələr aparılıb


Vergilər naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Report-a Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Görüşdə Dünya Bankının Azərbaycanın vergi islahatları prosesinə dəstəyi və bu sahədə texniki yardımın göstərilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edilib ki, Bankın texniki dəstək göstərə biləcəyi sahələrin müəyyənləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə müzakirələr və dəyərləndirilmələr aparılıb. Belə sahələr sırasında vergi güzəştləri və azadolmaların monitorinqinə dəstək, onların səmərəliliyinin qiymətləndirilməsi, transfer qiymətləri və BEPS (vergitutma bazasının azaldılması və mənfəətin başqa ərazilərə köçürülməsi ilə mübarizə üzrə tədbirlər planı) tədbirlərinin icrası sahəsində Vergilər Nazirliyinin əməkdaşlarının bacarıqlarının artırılması və potensialının gücləndirilməsi, habelə vergi siyasətinin təhlilinə dəstəyin göstərilməsi kimi istiqamətlərə xüsusi diqqət yetiriləcəyi vurğulanıb.

Dünya Bankı tərəfindən Vergilər Nazirliyinin hazırladığı və hökumətin iqtisadi islahatlarla bağlı Strateji Yol Xəritəsinin dəstəklənməsi məqsədi daşıyan Fəaliyyət Planının ətraflı təhlil edildiyi və qarşıdakı 2 il ərzində əməkdaşlıq sahələrinin müəyyən edildiyi də diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti