Bakı Fond Birjasının dövriyyəsi 2 dəfəyə yaxın artıb

20-02-2018, 17:12
Oxunub: 154
Bu müddətdə bağlanmış əqdlərin sayı isə 73,04% artaraq 9 152-yə çatıb


 Bu ilin yanvar ayında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi dəyəri 2 049 064 328 manat təşkil etdib.

Report BFB-yə istinadən xəbər verir ki, bu, illik müqayisədə 94,45% çoxdur.

Bu müddətdə bağlanmış əqdlərin sayı isə 73,04% artaraq 9 152-yə çatıb.

BFB-nin dövriyyəsinin 47,1%-i və yaxud 965 803 079 manatı törəmə maliyyə alətlərinin payına düşüb. Hesabata əsasən, törəmə alətlər bazarı illik müqayisədə 2,6 dəfə artıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 25,7 dəfə artaraq 1 022 675 252 manata çatıb, səhm bazarı üzrə əqdlərin dəyəri 26,6 dəfə azalaraq 22 566 132 manata, istiqraz bazarı üzrə əqdlərin dəyəri 36,7% azalaraq 26 077 436 manata enib. Ötən ay repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 11 942 431 manat təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti