Milli Məclisin mart ayında keçiriləcək iclaslarının vaxtı məlum olub

20-02-2018, 17:10
Oxunub: 86
Toplantıların martın 6-da, 16-da və 30-da keçirilməsi planlaşdırılır


Azərbaycan Milli Məclisinin mart ayında keçiriləcək plenar iclaslarının vaxtı açıqlanıb.

Report-un xəbərinə görə, toplantıların martın 6-da, 16-da və 30-da keçirilməsi planlaşdırılır.

Martın 16-da keçiriləcək plenar iclasda Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. Hesabatı Baş nazir Artur Rasi-zadənin təqdim edəcəyi gözlənilir.

Martın 30-da keçiriləcək iclas isə 31 Mart soyqırımının 100 illiyi ilə bağlı olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti