Əbülfəs Qarayev Böyük Britaniyaya səfər edib

20-02-2018, 16:23
Oxunub: 131
Nazir Koventri Şəhər Şurasının icraçı rəhbəri Martin Reeveslə görüş keçirib


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri Universitetində və universitetin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunda “Bakı Prosesi”nin 10 illik yubileyi ilə bağlı təqdimat mərasiminin keçirilməsi məqsədilə bu ölkəyə səfər edib. 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində nazir Koventri Şəhər Şurasının icraçı rəhbəri Martin Reeveslə görüş keçirib. Görüşdə Koventrinin 2021-ci il üçün Böyük Britaniyanın mədəniyyət şəhəri seçildiyi və bununla bağlı qarşıdakı 4 il ərzində mədəni, sosial və iqtisadi layihələrin həyata keçiriləcəyi vurğulanıb. Ə. Qarayev Azərbaycanda həyata keçirilən mədəniyyət və idman hadisələri, Naxçıvan şəhərinin 2018-ci il üçün islam mədəniyyətinin paytaxtı elan edilməsi, ölkə daxilində şəhər və rayonların müxtəlif kateqoriyalar üzrə mədəniyyət şəhərləri elan edilmə təcrübəsi barədə məlumat verib.

Daha sonra Azərbaycan prezidentinin Bakı Prosesi təşəbbüsünə toxunan nazir bu qlobal layihənin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrini, Koventri Universiteti ilə əməkdaşlığın istiqamətlərini qeyd edib. Martin Reeves öz növbəsində Koventri şəhərində 100-dən çox millətin nümayəndələrinin yaşadığını, şəhərin böyük miqrasiya axınına məruz qalmış şəhər olduğunu, buna görə də universitet ilə miqrantların inteqrasiyası, anlaşma və dialoq məsələləri ilə bağlı birgə layihələr həyata keçirildiyini bildirib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti