Azərbaycan Gürcüstana 9 min tondan çox yanacaq ixrac edib

20-02-2018, 11:51
Oxunub: 161
Qonşu ölkənin neft məhsulları idxalının 13,2%-i Azərbaycanın payına düşüb


Ötən ay Gürcüstan Azərbaycandan 9,4 min ton benzin və dizel yanacağı idxal edib.

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, yanvar ayında qonşu ölkənin neft məhsulları idxalının 13,2%-i Azərbaycanın payına düşüb.

Ötən ay Gürcüstan ümumilikdə 71,1 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da dekabr ayı ilə müqayisədə 45,6 min ton azdır. İdxal olunmuş neft məhsullarının 39,4 min tonunu benzin, 31,7 min tonunu isə dizel yanacağı təşkil edib.

Azərbaycanla yanaşı, Gürcüstan ən çox Rusiya (28,6 min ton), Rumıniya (19,7 min ton), Türkmənistan (6,2 min ton), Yunanıstan (3,7 min ton) və Bolqarıstandan (3,4 min ton) qeyd olunan neft məhsullarını idxal edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti