“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

20-02-2018, 11:45
Oxunub: 79
"Seçki dövrünü uğurla başa vurmaq üçün bir sıra işlər həyata keçirilməlidir"


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı ilə 2018-ci il aprel ayının 11-i Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü təyin edilməsi ilə əlaqədar olaraq “Azərişıq” ASC-də toplantı keçirilib. 

Bu barədə Report-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tabnrıverdi Mustafayev məlumat verib.

İclası giriş sözü ilə açan “Azərişıq” ASC-nin sədri Baba Rzayev bildirib ki, seçki dövrünü uğurla başa vurmaq üçün bir sıra işlər həyata keçirilməlidir.

Qurum sədri “Seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına yönələn tədbirlər haqqında” əmr imzalayıb.

T.Mustafayevin sözlərinə görə, bütün seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin olunması üçün müvafiq göstərişlər verilib. Cəmiyyətin sədri Prezident seçkiləri günü seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi üçün müvafiq tapşırıqlarını verib.

İclasda seçkiyə hazırlıq və seçkilər günü seçki dairələrinin və seçki məntəqələrinin elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək hər hansı bir problemin operativ aradan qaldırılması üçün məsul şəxslər təyin olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti