"Azərbaycan Qərb dairələrində daha vacib dövlətə çevrilir"

20-02-2018, 11:11
Oxunub: 114


"Azərbaycan geosiyasi baxımdan Qərb dairələrində daha vacib dövlətə çevrilir. Ölkə enerji tədarükündə vacib rol oynayır və Böyük İpək Yolu xəttində həlledici mərkəzə çevrilib. Bu isə Çinlə Avropa arasında ticarətin artmasına gətirib çıxarır".

Report xəbər verir ki, bu fikirlər ABŞ-ın "Daily Caller" nəşrində dərc olunan məqalədə yazılıb.

Müəllif hesab edir ki, geosiyasi cəhətdən mürəkkəb mühitdə olan Azərbaycana kömək və dəstək lazımdır: "ABŞ ideal tərəfdaş ola bilər. Birləşmiş Ştatların Bakı ilə ciddi tərəfdaşlıqda marağı qarşılıqlı və aydın olmalıdır. Rusiya (və regional kontekstdə İranla) dünyaya təsir gücü yarışmasında ABŞ geri qalmamalıdır. Azərbaycanı yalnız dəstəkləmək yox, həm də onun güclənməsinə töhfə vermək elə ABŞ-ın maraqlarına uyğundur."

Məqalədə vurğulanıb ki, buna Konqresə təsir və erməni lobbisinin "siyasi səxavət"i maneə törədir.

Bununla yanaşı, müəllif Ermənistanın Kremlin iradəsi ilə regionu hərbi vəziyyətdə saxladığını yazıb. Qeyd olunub ki, Dağlıq Qarabağın işğalı və beynəlxalq dünyada Azərbaycan ərazisi kimi tanınan torpaqların azad edilməməsi Ermənistana heç bir fayda vermir, əksinə, ölkəni regiondakı gəlirli layihələrdən, o cümlədən Böyük İpək Yolu layihəsindən uzaqlaşdırır.

Məqalədə qlobal iqtisadiyyat və dünya qüvvələrinin diqqətinin getdikcə Şərqə daha çox yönəldiyi qeyd edilir.

Müəllifin fikrincə, Yeni İpək Yolu, Azərbaycan və regiona dəstək verilməsi ABŞ üçün müdrik addım olardı: "Bu, ABŞ-ın qlobal təsir qüvvəsini əhəmiyyətli dərəcədə gücləndirər, Rusiya və İran hegemonluğuna qarşı mübarizəni artırardı. Eyni zamanda, bu böyuk regiona Qərbin demokratik dəyərlərinin gətirilməsinə töhfə verərdi."
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti