Neft 2019-2020-ci illərdə ucuzlaşacaq

20-02-2018, 11:06
Oxunub: 126
Bu proqnozu ABŞ-ın "Sanford C. Bernstein" araşdırma şirkəti də dəstəkləyib


ABŞ-da şist neft hasilatının artmağa davam etməsinə baxmayaraq, neftin qiyməti yüksələcək. 

Report xəbər verir ki, bu proqnozla Fransanın "Societe Generale" bankı çıxış edib. Bankın hazırladığı hesabatda 2018-ci il üçün "Brent" markalı neftin orta qiyməti 62 dollardan 66 dollar/barelə, WTI neftinin qiyməti isə 58 dollardan 62 dollar/barelə yüksəldilib. Bu proqnozu ABŞ-ın "Sanford C. Bernstein" araşdırma şirkəti də dəstəkləyib.

"Societe Generale"in ekspertləri bildiriblər ki, ABŞ-ın neft hasilatında faktiki artım proqnozları üstələsə də, Venesuelanın neft hasilatındakı azalma da proqnozları üstələyir. Bank qeyri-OPEC ölkələrində neft hasilatının ciddi şəkildə artacağını ehtimal edir. Lakin OPEC+ anlaşmasının ilin sonuna qədər davam etməsi və dünya iqtisadiyyatında artımın sürətlənməsi əlavə neftin yaradacağı mənfi effekti kompensasiya edəcək.

"Societe Generale" 2018-ci ildə neft bazarının tarazlı vəziyyətdə olacağını, 2019-2020-ci illərdə isə dünya iqtisadiyyatında gözlənilən yavaşlama ilə qiymətlərin aşağı düşəcəyini proqnozlaşdırır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti