Bayıl sürüşmə zonasından köçürülən 67 ailəyə kirayə pulu veriləcək

20-02-2018, 11:04
Oxunub: 109
"Sənəd təqdim edən şəxslərə bu gün kartlar veriləcək"


"Bayıl sürüşmə zonasından köçürülən sakinlər bu gündən etibarən kirayə pullarını ala bilərlər".

Bunu Report-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.

O bildirib ki, Bayıl sürüşmə zonasından köçürülən 67 ailə kirayə pulu almaq üçün sənədlərini təqdim edib: "Sənəd təqdim edən şəxslərə bu gün kartlar veriləcək. Kartı olan şəxs banka gedib onun hesabına köçürülən məbləği ala bilər".

Şöbə müdiri qeyd edib ki, qalan şəxslərə də sənədlərini təqdim etmələri ilə bağlı dünən xəbərdarlıq olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti