Arzu Rəhimova iki müavin təyin edilib

20-02-2018, 10:51
Oxunub: 123
Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni təyinatlar olub.

APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Şahvələd İsmayıl oğlu Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini - Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi təyin edilib.

Prezidentin digər sərəncamı ilə Yusif Həsən oğlu Mirzəyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti