Prezidentliyə namizədlər qeydə alınmaları üçün sənədlərini təqdim edə bilərlər

20-02-2018, 10:25
Oxunub: 95
Sənədlərin təqdim edilmə müddəti isə martın 12-də saat 18:00-da başa çatacaq


Azərbaycanda aprelin 11-nə təyin edilən Prezident seçkilərində nаmizədlər bu gündən qeydə alınmaları üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edə bilərlər.

Report xəbər verir ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədləri səsvermə gününə ən çoxu 50 gün (20 fevral) qalmış Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.

Sənədlərin təqdim edilmə müddəti isə martın 12-də saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, Prezident seçkiləri aprelin 11-nə təyin olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti