Bakıda Hindistan sərgisi keçiriləcək

19-02-2018, 19:03
Oxunub: 342
Amay ticarət mərkəzində baş tutacaq


Martın 13-16-da Bakıda “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək. 

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Mətbuat xidmətindən Report-a verilən məlumata görə, sərginin təşkilatçısı Hindistanın PHD Ticarət və Sənaye Palatasıdır.

Sərgidə Hindistandan düyü, buğda məmulatları, plastik materiallar, elektron məişət avadanlıqları, çay, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları, velosiped və velosiped hissələri istehsalçıları və digər müxtəlif sektorları təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaq.

Sərgi Hindistanın Ticarət və Sənaye Nazirliyi (Ministry of Commerce and Industry, Government of India), Hindistanın Azərbaycandakı səfirliyi (India in Azerbaijan (Embassy of India, Baku) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Amay ticarət mərkəzində baş tutacaq.

1905-ci ildə yaradılan PHD (Progress Harmony for Development- İnkişaf üçün Tərəqqi Harmoniyası) Ticarət və Sənaye Palatası (PHD Chamber Of Commerce and Industry) 48,000 sahibkarlar subyektini özündə birləşdirən Hindistanın ən qədim və böyük ticarət palatalarından biri hesab olunur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti