Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığı müzakirə edib

19-02-2018, 16:30
Oxunub: 119
Bu barədə Rusiyanın Energetika Nazirliyiməlumat yayıb


Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Rusiyanın energetika naziri Aleksandr Novak arasında görüş keçirilib.

Report xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyiməlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüşdə əməkdaşlığın prioritet istiqamətləri olaraq neft məhsullarının tədarükü, təbii qaz nəqli, eyni zamanda elektrik enerjisi sahəsində əməkdaşlıq xüsusi vurğulanıb.

Bununla yanaşı, OPEC+ razılaşmasının icrası çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub.

Nazir xüsusilə neft bazarını sabitləşdirmək üçün OPEC və qeyri-OPEC ölkələrinin birgə səylərinə Azərbaycanın mühüm töhfəsini qeyd edib. Rusiya-Azərbaycan əməkdaşlığının mühüm perspektiv istiqaməti kimi Qaz İxrac edən Ölkələr Forumu formatında əməkdaşlıq da müzakirə olunub.

A.Novak qeyd edib ki, Forumun işində Qaz İnstitutu vacib rol oynayır: "Hesab edirik ki, İnstitut üzv ölkələrdə aparıcı elmi təşkilatların güclərinin birləşdirilməsində vacib koordinasiya mərkəzi olmalıdır".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti