Yağışlardan sonra Bakının iki rayonunda subasma aktivləşib

19-02-2018, 15:55
Oxunub: 157
Maştağa, Zabrat, Daş Karxanası yaşayış massivi, Şuşa şəhərciyi, Kürdəxanı, Savalan subasma sahələrində də aktivlik baş verib


Son günlər atmosfer yağıntılarının təsirindən Bakının Binəqədi və Sabunçu rayonlarında subasma prosesləri aktivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov  APA-ya deyib ki, Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb.

Dəstə rəisi qeyd edib ki, Sabunçu rayonu – Maştağa, Zabrat, Daş Karxanası yaşayış massivi, Şuşa şəhərciyi, Kürdəxanı, Savalan subasma sahələrində də aktivlik baş verib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti