Azərbaycanda propilen, polietilen və etilen istehsalı artıb

19-02-2018, 14:19
Oxunub: 172
Yanvarda etilen istehsalının həcmi 10,7 min ton təşkil edib


Bu ilin yanvar ayında Azərbaycanda 5,7 min ton propilen istehsal olunub.

Etatist.com-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 4,5 min tonunu əmtəəlik məhsul təşkil edib.

Bu ilin yanvar ayında propilen istehsalının həcmi illik müqayisədə 10,9%, əmtəəlik məhsulun həcmi isə 22,1% artıb.

Ötən ay polietilen istehsalı isə 0,6% artaraq 10,4 min ton olub.

Yanvarda etilen istehsalının həcmi 10,7 min ton təşkil edib. Bu məhsulun istehsalında isə illik 10,9% atım qeydə alınıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti