Afrində daha 27 terrorçu zərərsizləşdirilib, 3 kənd azad olunub

19-02-2018, 14:13
Oxunub: 234
Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb


Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb.

Report NTV-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, əməliyyatın 31-cı günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 27 terrorçusu zərərsizləşdirilib, daha 3 kənd terrorçulardan təmizlənib.

Əməliyyatların başladığı dövrdən 31 türk əsgəri şəhid olub, 170 hərbçi yaralanıb. Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış məntəqələrinin sayı 68-ə çatıb.

Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti