Pomodoro texnikası - Vaxtınızı daha səmərəli istifadə edin

19-02-2018, 14:00
Oxunub: 293
"Böyük şeylərə az vaxt sərf etmək seçimimiz olmadığı kimi, kiçik şeylərə də çox vaxt sərf etmək seçimimiz yoxdur"


Vaxtınızı yaxşı dəyərləndirmək və səmərəliliyinizi artırmaq üçün faydalı olduğu deyilən bir çox metodlar olsa da, bunların çox az hissəsi pomodoro texnikası kimi effektivdir. Bu metod italiyan Françesko Çirillo tərəfindən 1980-ci illərdə inkişaf etdirildi və bir çox insan da bu metoddan faydalandı.

Demək olar ki, hamımızın böyük həvəslə başladığımız, amma bitirə bilməyib yarımçıq qoyuduğumuz layihələr olub. Çox zaman bunun səbəbi işimizi düzgün planlaşdıra bilməməyimizdir. Başqa sözlə desək, bitirməli olduğumuz tapşırıqlarımızı və bunları edərkən istifadə edəcəyimiz zamanımızı idarə etməkdə uğursuz oluruq. Pomodoro metodu vaxtın idarəsini ən səmərəli hala gətirməyə kömək edir. Elə buna görə də bu metodda istifadə olunan birinci ünsür saatdır. İşləmək “pomodoro” adlandırılan hissələrə ayrılır. Bir pomodor bərabərdir 25 dəqiqəlik və 5 dəqiqəlik istirahət.

“Böyük şeylərə az vaxt sərf etmək seçimimiz olmadığı kimi, kiçik şeylərə də çox vaxt sərf etmək seçimimiz yoxdur” - Cim Ron.

Pomodoro metodunun elmi təməli

Pomodoro metodunun elmi əsası var. Təcrübələr beynin orta hesabla 25 dəqiqə fokuslana bildiyi nəticəsinə gəlib. O nöqtədən sonra beyin “əlaqəsini kəsir”. Diqqət dağınıqlığı və performansın azalması bunu aydın şəkildə sübut edir.

Buna görə də 5 dəqiqəlik fasilə beyinə istirahət etmək üçün imkan verir. Müxtəlif bir işlə məşğul olaraq bu fasilədən istifadə edə bilərsiniz. Beləliklə, yenidən öz işinizlə məşğul olduqda performansınız artmış və sabit olacaq. Bunu da qeyd etməlik ki, ard-arda olan 4 pomodorodan sonra fasilə müddəti 20 dəqiqəyə artırılmalıdır. Bitirmək istədiyiniz iş üçün təməl bir plan təşkil etmək vacibdir. Bu plana tamamlamaq istədiyiniz işlərin siyahısını əlavə etməlisiniz. Sonra isə hər bir vəzifənin vacibliyini müəyyən bir iyerarxiya ilə sıralamalı və ya məntiqlə bir iş ardıcıllığı yaratmalısınız. Bu həm gündəlik, həm də müddətli fəaliyyətlər üçün təşkil oluna bilər.

Vaxtın ən yaxşı formada istifadə olunması

Bu metoddan istifadə etdiyiniz zaman hər bir işdə pomodoraların sayını müşahidə edə bilərsiniz. Bu hal vacib görünməyə bilər, lakin vacibdir. Vaxt ilə ölü vaxt müddətlərini müəyyən edə bilərsiniz. Məsələn, başa çatdırmaq üçün 5 pomodoro sərf etdiyiniz bir işi 4 pomodoroda bitirə biləcəyinizi görə bilərsiniz. Bu o deməkdir ki, bu üsul vasitəsi ilə vaxtınızı ən yaxşı şəkildə istifadə edə və buna davam etməyinizə faydalı olacaq bacarıqları qazana bilərsiniz. Həqiqətən də pomodoro metodu fərqli platforma və vasitələr üçün proqramların inkişaf etdirilməsində həvəsləndirici rol oynamışdır.

Bu metod əsasən fərdi inkişaf texnikası kimi inkişaf etdirilmiş olmasına baxmayaraq, qruplar üzərində tətbiq edildiyi zaman da təsirli olduğu görüldü. Bu texnika qalibiyyət duyğusunu təmin etməklə yanaşı texnologiyanın ən sadə üsul ilə tətbiqini də asanlaşdırır. Kağız, qələm və saat.

Pomodoro metodundan istifadə etmək üçün bunları etmək kifayətdir:

- Etməli olduğunuz işlərin siyahısını hazırlayın və başa çatdırmaq istədiyiniz ilk işi seçin.

- Zənginizi 25 dəqiqə sonra üçün qurun ( 1 pomodoro).

- Seçdiyiniz iş üzərində məsuliyyətli və davamlı işləyin.

- Vaxt tamamlandıqda siyahıdakı işin yanına X işarəsi qoyun.

- 5 dəqiqə fasilə verin.

- 25 dəqiqə davam edin, tamamladığınız işin yanına X işarəsi qoyub yenə 5 dəqiqə fasilə edin.

- 4 pomodoro tamamlandıqdan sonra 20 dəqiqəlik fasilə edin.

Pomodoro metodundan daha yaxşı istifadə etmək üçün göstərişlər:

Hər pomodoro zamanı bitirmək istədiyiniz işə fokuslanmaq mütləqdir. Diqqətinizi dağıda biləcək bütün ünsürlərdən uzaq durmalısınız. Hər işi başa çatdırmaq üçün neçə pomodoronun lazım olduğunu bilməyiniz də faydalıdır, çünki bu sizin öz vaxtınızı daha yaxşı bölüşdürməyinizə və başqa fəaliyyətlər ilə də məşğul olmağınıza kömək edəcək.

Müəyyən dövr ərzində xüsusilə də oxşar işləri bitirərkən daha qısa müddət ərzində onları tamamlamağı və ya iş keyfiyyətinizi artırmağı hədəfləyə bilərsiniz. Beləliklə, daha səmərəli işləyərək daha çox boş vaxta sahib ola bilərsiniz.

Tərcümə: Günay Əliyeva
Mənbə: aklınızıkesfedin.org
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti