Məleykə Abbaszadə Göyçayda vətəndaşları qəbul edəcək

19-02-2018, 14:05
Oxunub: 243
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 28-də Göyçay şəhərində vətəndaşları qəbul edəcək. 

DİM-dən verilən məlumata görə, qəbulda Göyçay rayonunun sakinləri ilə yanaşı Ucar, Kürdəmir, Ağsu rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbul saat 10:00-da Göyçay şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, H.Əliyev pr., 92) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay regional bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə (ünvan: Göyçay ş., R.İsayev küçəsi, 43) müraciət etməlidirlər (əlaqə telefonu: (020) 274 66 74). 
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Ucar, Kürdəmir, Ağsu rayon təhsil şöbələrinə də müraciətə edə bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti