Tillerson Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyünü bildirib

19-02-2018, 11:26
Oxunub: 94
"Biz sanksiyalar tətbiq edilə biləcək bir sıra digər şəxsləri də nəzərdən keçiririk"


ABŞ dövlət katibi Reks Tillerson Rusiya ilə münasibətdə yeni sanksiyaların tətbiqinin mümkün olduğunu bəyan edib.

APA-nın xəbərinə görə, o, CBS telekanalına müsahibəsində “Niyə Konqresin qərarında nəzərdə tutulan sanksiyalar tam şəkildə tətbiq edilmir” sualına cavabında deyib ki, artıq bəzi addımlar atılıb: “Artıq mövcud qanunvericiliyə əsasən, Rusiya hərbi texnikasının satışına dair bir neçə sazişin qarşısı alınıb. Biz sanksiyalar tətbiq edilə biləcək bir sıra digər şəxsləri də nəzərdən keçiririk".

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin hazırladığı "Kreml hesabatı" adlı sənədə 210 nəfərin adı daxil edilib. 

Bu siyahı avtomatik olaraq həmin şəxslərə qarşı sanksiyaların tətbiqi demək deyil. Konqres siyahı, xüsusən də onun məxfi hissəsindəki məlumatlar əsasında bu şəxslərə qarşı ABŞ-a səyahət qadağası, ABŞ-dakı aktivlərinin, varidatlarının dondurulması da daxil olmaqla, müxtəlif sanksiyalar tətbiq edə bilər.

Eyni zamanda, "qara siyahı"ya düşmək bu şəxslərin öz bizneslərini genişləndirmək imkanlarının məhdudlaşması mənasına gəlir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti