Növbəti 2 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

19-02-2018, 11:17
Oxunub: 126
"Fevral ayının 20-21-də ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq"


“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti nisbətən sabit keçəcək”.

Bunu Etatist.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, fevralın 19-u gündüz saatlarından yağmur tədricən kəsiləcək: "Fevral ayının 20-21-də ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin bəzi şimal və şərq rayonlarında hava şəraiti az yağıntılı olacaq. Şərq küləyi əsəcək".

G.Məmmədova qeyd edib ki, temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti