Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb, itkin düşənlər var

18-02-2018, 17:01
Oxunub: 86
Hadisə Suriya ilə sərhəddəki Akçakalədə baş verib


Türkiyədə hərbçiləri daşıyan zirehli avtomobil qəzaya uğrayıb.

Report bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Suriya ilə sərhəddəki Akçakalədə baş verib.

Belə ki, növbədə olan hərbçiləri dəyişmək üçün əsgərləri aparan avtomobil çaya aşıb. Avtomobildəki əsgərlərdən 2-i sudan çıxarılıb. Daha 2 əsgər isə itkin düşüb. Hazırda onların axtarışı və xilasetmə əməliyyatı keçirilir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti