XİN: İranda qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşları olmayıb

18-02-2018, 15:57
Oxunub: 84
Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib


Azərbaycanın İrandakı səfirliyinin ilkin məlumatına əsasən İranda qəzaya uğrayan sərnişin təyyarəsində Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev əlavə məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlanacağını qeyd edib.

Qeyd edək ki, bu gün İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Qəza nəticəsində sağ qalan olmayıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti