İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 66 nəfər ölüb

18-02-2018, 15:54
Oxunub: 340
Təyyarədə 60 sərnişin və 6 heyət üzvü olub.


İranda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Report "Tasnim" agentliyinə istinadən xəbər verir ki, ölkə parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri Ələddin Borucerdi qəzaya uğramış təyyarədə 66 nəfərin olduğunu bildirib.

Onun sözlərinə görə, təyyarədə 60 sərnişin və 6 heyət üzvü olub.

"ISNA" agentliyi "Aseman Airlines" şirkətinə istinadən təyyarədəki sərnişinlərin və heyət üzvlərinin hamısının qəza zamanı həlak olduğunu xəbər verib.  

Qeyd edək ki, təyyarə İsfahan vilayətində yerə düşüb. "Aseman Airlines" şirkətinə məxsus təyyarə paytaxt Tehrandan Yasuc istiqamətində uçurmuş. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti