Ukrayna Çexiyanın Rusiya əleyhinə sanksiyalarını dəstəkləyib

18-02-2018, 14:40
Oxunub: 131
"Çexiya Ukraynanın ərazi bütövlüyünü və Kiyevin Avropaya inteqrasiyasını dəstəkləyir"


Ukraynanın Xarici İşlər Nazirliyi Çexiyanın Rusiya əleyhinə sanksiyalarını dəstəklədiyini bildirib.

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Martin Stropniçkiy Münhendə ukraynalı həmkarı Pavel Klimkinlə görüşündə deyib.

Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Stropniçkiy həmçinin qeyd edib ki, Çexiya Ukraynanın ərazi bütövlüyünü və Kiyevin Avropaya inteqrasiyasını dəstəkləyir.

Qeyd edək ki, Çexiya prezidenti Miloş Zeman Rusiya əleyhinə sanksiyaların əleyhinə olduğunu bildirib. O, ötən ilin noyabrında Rusiyaya səfəri zamanı bu ölkəni və Avropa İttifaqını qarşılıqlı məhdidiyyətlər rejiminə son qoymağa çağırıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti