“Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”

18-02-2018, 11:47
Oxunub: 138
"Anaklia dərin dəniz limanının tikintisi də sürətlə aparılır"


“Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan baş naziri Giorgi Kvirikaşvili 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstana həsr olunmuş xüsusi tədbirdə bildirib.

Baş nazir deyib ki, Gürcüstan Cənub Nəqliyyat Dəhlizi və "İpək yolu" daxil olmaqla, Şərq-Qərb üzrə strateji təşəbbüsləri fəal olaraq dəstəkləyir: “Bizim hökumət Şərq və Qərb arasında yerüstü, dəniz və dəmir yolu ilə ticarətin inkişafına yönəlmiş infrastruktur sahəsində iddialı layihələrin təşəbbüskarıdır”.

G.Kvirikaşvili qeyd edib ki, hazırda Anaklia dərin dəniz limanının tikintisi də sürətlə aparılır: “Bu liman regionda gələcək investisiyalar və rifah üçün əsas olacaq”. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti