İsrail Qəzza sektoruna hava zərbələri endirib

18-02-2018, 11:09
Oxunub: 99
İsrail-Fələstin sərhədində vəziyyət yenidən gərginləşib


İsrailin Hərbi Hava Qüvvələri Qəzza sektorunda 18 hədəfə zərbə endirib.

Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, zərbə nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Zərbələr yeraltı tunellərə, müşahidə qüllələrinə, təlim düşərgələrinə və silah emalatxanalarına endirilib.

Qeyd edək ki, İsrail-Fələstin sərhədində vəziyyət yenidən gərginləşib. Sabitlik yəhudi əsgərlərinin Qəzza zolağı ilə sərhəddə minaya düşərək yaralanmasından sonra pozulub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti