ABŞ səfirliyinin Yəməndə əsir götürülən əməkdaşı azad edilib

18-02-2018, 11:02
Oxunub: 106
Diplomat Üsamə əl-Ansi fevralın 17-də sərbəst buraxılıb


ABŞ-ın Yəməndəki səfirliyinin husilər tərəfindən əsir götürülmüş əməkdaşı altı aydan sonra azad edilib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə səfirliyin əməkdaşına yaxın mənbə məlumat yayıb.

Diplomat Üsamə əl-Ansi fevralın 17-də sərbəst buraxılıb. Onun saxlanma səbəbi hələ də açıqlanmayıb.

ABŞ-ın Səna şəhərində yerləşən səfirliyinin 3 əməkdaşı 2017-ci ilin avqust ayında Yəmənin husilərə tabe olan təhlükəsizlik xidməti orqanları tərəfindən heç bir ittiham irəli sürülmədən saxlanılaraq naməlum istiqamətdə aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti