Türkiyə ordusunun iki əsgəri şəhid olub

18-02-2018, 10:20
Oxunub: 82
Bu barədə Baş Qərargah rəhbərliyinin açıqlamasında bildirilir


Türkiyə silahlı qüvvələrinin iki əsgəri həyatını itirib, biri yaralanıb.

Report yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Baş Qərargah rəhbərliyinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, hərbçilərdən biri Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" anti-terror əməliyyatı zamanı şəhid olub. Separatçı terror təşkilatı mənsubları tərəfindən Şemdinlidə (Hakkari əyaləti) həyata keçirilən silahlı hücumda isə bir əsgərin şəhid olduğu, digərinin isə yaralandığı deyilir.

Eyni zamanda Afrindəki terror təşkilatı yaraqlılarının mövqelərindən atılan raket, Kocabeyli kəndi yaxınlığında bir evin bağına düşüb. Hadisə zamanı ölən və yaralanan olmayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti