İsrail və Fələstin bir-birini raket atəşinə tutub

18-02-2018, 10:11
Oxunub: 83
Yaralı hərbçilərdən ikisinin vəziyyəti ağırdır


İsrail və Fələstin sərhədində vəziyyət yenidən gərginləşib.

Report xəbər verir ki, bir müddətdir davam edən sabitlik 4 yəhudi əsgərin Qəzza zolağı ilə sərhəddə minaya düşərək yaralanmasından sonra pozulub.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, yaralı hərbçilərdən ikisinin vəziyyəti ağır, birinin vəziyyəti orta-ağır, digərinki isə yüngüldür.

Buna cavab olaraq İsrail tankı partlayışın baş verdiyi əraziyə yaxın yerləşən Fələstin tərəfinin müşahidə qülləsinə atəş açıb.

Ardınca İsrail hərbçiləri Qəzza zolağında altı hədəfə aviazərbə endiriblər.

Fələstin tərəfi isə buna cavab olaraq İsrail istiqmətində raket atıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti