GUAM ölkələrinin baş nazirlərinin sammiti Moldovada keçiriləcək

17-02-2018, 18:38
Oxunub: 109
2018-ci ildə GUAM təşkilatına Moldova sədrlik edəcək


Gürcüstan baş naziri Giorgi Kvirikaşvili bu ilin iyunun 21-də Moldovada keçiriləcək GUAM sammitində iştirak edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə G. Kvirikaşvilinin 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində moldovalı həmkarı Pavel Filiplə keçirdiyi görüşdə bildirilib.

Görüşdə G. Kvirikaşvili Gürcüstanın Moldovanın GUAM-a sədrliyi çərçivəsində fəal əməkdaşlığa dəstək verməyə hazırlığını ifadə edib. 

Tərəflər həmçinin ikitərəfli münasibətlər, Avrointeqrasiya və hər iki ölkədə həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparıb. Baş nazirlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın uğurlu olduğunu vurğulayıblar.

Qeyd edək ki, 2018-ci ildə GUAM təşkilatına Moldova sədrlik edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti