MSK 12 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib

17-02-2018, 17:10
Oxunub: 159
"Qarşıda hələ vaxt var və arzu edən şəxs prezidentliyə namizədliyin irəli sürə bilər"


 "Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir". 

Report-un  məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, qarşıda hələ vaxt var və arzu edən şəxs prezidentliyə namizədliyin irəli sürə bilər. 

MSK sədri bildirib ki, indiyədək 13 nəfər namizədliyini irəli sürüb: "Onlardan 7-nin namizədliyi siyasi partiyalar, 1-nin namizədliyi təşəbbüs qrupu, 4-nün namizədliyi isə özü tərəfindən irəli sürülüb. MSK 12 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib, 1 nəfərin namizədliyinin təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti