MM deputatları Rusiyada seçkiqabağı prosesi izləyəcəklər

17-02-2018, 16:26
Oxunub: 124
Ziyafət Əsgərov və deputat Rauf Əliyev fevralın 19-da Rusiyaya səfər edəcək


 Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Rauf Əliyev fevralın 19-da Rusiyaya səfər edəcək.

Bu barədə Report-a Milli Məclisin Mətbuat xidmətindən bildirilib.  

Məlumata görə, azərbaycanlı deputatlar Rusiya Federasiyasında keçiriləcək prezident seçkisi ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak edəcəklər, xüsusilə Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər.

Səfər fevralın 23-də başa çatacaq.

Qeyd edək ki, Rusiya Federasiyasında prezident seçkisi bu il martın 18-də keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti