Ötən il Azərbaycan 54 mln. dollarlıq çay məhsulları idxal edib

17-02-2018, 14:20
Oxunub: 115
"Çayçılıq Azərbaycanda ənənəvi istehsalı olan məhsuldur"


 "Azərbaycan 2017-ci ildə çay məhsulları idxalına 54 mln. dollar vəsait xərcləyib".

Report xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.

"Bu, çox böyük rəqəmdir. Çayçılıq Azərbaycanda ənənəvi istehsalı olan məhsuldur. Tarixə baxsaq, görərik ki, müəyyən səbəblərdən onun istehsalı artıb, azalıb", - o deyib.

Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin çayçılığın inkişafı ilə bağlı verdiyi sərəncam daxili istehsal hesabına tələbatın ödənilməsinə imkan verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 12-də “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti