“Təbiət tələsməz, amma hər şeyi də bacarar”

17-02-2018, 14:00
Oxunub: 1816
"Bütün rahatlıqlara və zənginliyimizə baxmayaraq, ümumilikdə az vaxtımız və çox xərcimiz var"


Hamı xeyli məşğuldur. Sən, mən, tıxacda qabağını kəsən adam, liftdə bizi itələyən deyingənlər - hamı. Hamımızın da həyatımızı çətinləşdirmək üçün yaranan yeni və qəribə problemlərimiz var. Qayğılarımız var.

Müasir dünya inanılmaz dərəcədə təlaşlı və stresslidir. Bütün rahatlıqlara və zənginliyimizə baxmayaraq, ümumilikdə az vaxtımız və çox xərcimiz var. Buna məcburuq, elə deyilmi? İşimizdə mükəmməl, həyatda sosial, ətrafımızda təsirli olmaq, yeni, işıqlı mağazaların və restoranların daimi müştərisinə çevrilmək xoş bir həyatdır, elə deyilmi? Başqa bir şeyə kimin vaxtı var?

Bəzi filosoflar arabir fasilə etməyimizi və sadəcə nəfəs almağı bizə xatırladırlar.

Çoxları varlı iş adamı, yaxud məşhur olmağı qarşısına məqsəd qoyub bunun üçün çalışır. Halbuki Şopenhauer bizə “üstinsan”nı təqdim edir. Üstinsan bir intellekt kimi istəklərini aşa bilmiş və həyatın stressindən qaçmış biridir.  Şopenhauer digərləri üçün daha sadə bir çıxış yolu məsləhət görüb. O, stressli insanlara zehinlərini  aydınladacaq olan incəsənət və fəlsəfəyə mümkün olduğu qədər çox vaxt ayırmağı tövsiyə etmişdir. Qısaca, bu şəffaflıq anı gündəlik işlərimizdə gözəllik və düşünmək xatirinə etdiyimiz fasilədir.

Daha nikbin filosof olan Epikür isə həzzi hər şeydən üstün görmüşdür. O, xoşbəxtliyin səssizlikdə, ölçülülükdə və ruhun zövqlərində olduğunu anlayırdı. Onun fikrinə görə hər hansısa bir şeyin çoxu narazı qalmağa, kifayətlənməməyə yol açır. Epikür məktəbini bəyənənlərin bir çoxu kommunal həyat tərzini və buna aid düşüncələri kəşf etmək üçün hazırlaşmağa başlamışdır.

Şərqdə daosizm cərəyanını yaradan Lao Tzu “təbiət tələsməz, amma yenə də hər şeyi bacarar” demişdir. O, məhkəmədəki vəzifəsindən imtina edərək zahid həyatı yaşayır. Bununla da bizə yavaşlamağın həzzini xatırlatmışdır. O deyirdi: “Sakit bir zehnə bütün kainat təslim olur”. Sadəcə varlığımızı hiss etmək üçün təlaşlarımıza və qayğılı düşüncələrimizə bir dəqiqəlik ”dayan” deməyimizi xahiş edirdi. Var olmağın həqiqi mənliyimizi tapmaq üçün bizə kömək etdiyi fikrini müdafiə etmişdir.

Yaxşı, bəs bunu necə edə bilərik?

Bunun bir çox cavabı var və bu cavablar da insanlara görə dəyişir. Amma çox tez xatırladığımız bir neçə sadə və gözəl fikir var. Hansısa mövzuyla bağlı gözəl bir videoya bax, parkda gəz, idman et, günəşin batmağını izlə, maraqlı bir kitab oxu, ulduzları və ya quşları seyr elə. Bir an bunu düşün: hər dəqiqə tələsmək həqiqətən istədiyin, hətta ehtiyacın olan bir şeydirmi? Özünə bu sualı ver. Sadəcə bu sualı soruşmaq belə bunun ağırlığını azaldar. Gündəlik hərəkətlilikdən qaça bilmərik, amma bir neçə böyük filosof  bizə fasilə etməyi və gözəl bir şeyə görə fikrə getməyi xatırladır.
Tərcümə: İlkay Əliyeva
Müəllif: Scotty Hendricks
Mənbə: Big Think
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti