SOCAR-ın ötən il Gürcüstana yatırdığı investisiyanın həcmi açıqlanıb

17-02-2018, 11:21
Oxunub: 254
Gürcüstan büdcəsinə 2017-ci ildə 116 mln. dollar məbləğində vergi ödənilib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2017-ci ildə Gürcüstana yatırdığı investisiyanın həcmi 52,1 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Report-a SOCAR-ın Gürcüstandakı törəməsi “SOCAR Energy Georgia” şirkətindən bildirilib.

Qeyd olunub ki, “SOCAR Energy Georgia”nın tərkibinə daxil olan bütün şirkətlər tərəfindən Gürcüstan büdcəsinə 2017-ci ildə 116 mln. dollar məbləğində vergi ödənilib.

Qeyd edək ki, SOCAR-ın Gürcüstanda fəaliyyəti “SOCAR Energy Georgia” şirkəti vasitəsilə həyata keçirilir. “SOCAR Energy Georgia" 2006-cı ildə yaradılıb.

“SOCAR Energy Georgia” MMC Tbilisi şəhəri istisna olmaqla bütün Gürcüstan üzrə regional qaz distribusiya şəbəkəsinin 95%-ni idarə edir. SOCAR Gürcüstan bazarında Azərbaycan və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını da həyata keçirir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti