"Dövlət qulluğuna qəbul imtahanına müraciətlərin azlığı təəccüb doğurur"

16-02-2018, 19:06
Oxunub: 78
"Cəmi 1537 müraciət almışıq"


"Sabah dövlət qulluğuna keçiriləcək qəbul imtahanlarında cəmi 1537 nəfər iştirak edəcək". 

Report xəbər verir ki, bunu Dövlət İmtahat Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN Radio"nun "QəbuldaASAN" verilişində deyib.

Onun sözlərinə görə, bu rəqəm gözləniləndən dəfələrlə aşağıdır: "Biz xeyli müraciətin olacağını gözləyirdik. Lakin cəmi 1537 müraciət almışıq. Halbuki 2000-dən çox vakansiya elan olunub. Müraciətlərin azlığı bizdə təəccüb doğurur". 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti