Litvada Azərbaycan xalq sənəti əsərlərinin təqdimatı keçirilib

16-02-2018, 19:02
Oxunub: 143
Tədbir konsert proqramı ilə davam edib


Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycan xalq sənəti əsərlərinin təqdimatı keçirilib. 

Report-a Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə xalq sənəti əsərlərinin sərgisi təşkil olunub.

Sərgidə sənət əsərlərindən nümunələr – xalqımızın adət və ənənələrinin təsvir olunduğu kompozisiyalar, neftlə çəkilmiş rəsm əsərləri, musiqi alətləri, xalçalar, kəlağayı, suvenirlər və bir çox xüsusi əl işləri nümayiş etdirilib.

Tədbridə Litvanın turizm və mədəniyyət sahəsində fəaliyyət göstərən qurumlarının nümayəndələri, ixtisaslaşmış mütəxəssisləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, Litvada işgüzar səfərdə olan Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev çıxış edərək tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin və Litvanın dövlət müstəqilliyinin bərpasının 100 illiyinə həsr etdiklərini qeyd etmiş, tədbir iştirakçılarına ölkəmizin mədəniyyət və incəsənətindən bəhs edərək son illər inkişaf edən Azərbaycanın turizm potensialından danışıb. O, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin hal-hazırda Litvada işgüzar səfərdə olduğunu, bu ölkənin müxtəlif şəhərlərində - Vilnüs, Druskininkay, Trakay, Briştonasda görüşlər keçirdiyini qeyd edərək nümayəndə heyətinin tərkibində olan Gəncə, İsmayıllı, Şəmkir, Kürdəmir, Biləsuvar Regional Mədəniyyət və Turizm idarələri rəhbərlərinin Litvanın turizm potensialının idarə olunması, marketinqi kimi sahələrdə təcrübə mübadiləsi apardıqlarını bildirib.

Tədbir çərçivəsində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Huseynov Qəbələ şəhərinin 2020-ci il üçün İƏT ölkələrinin Turizm Paytaxtı seçilməsi ilə əlaqədar şəhər və bölgə haqqında video-təqdimat edib, bölgənin tarixi, mədəniyyəti və turizmi haqqında geniş məlumat verib.

Tədbir konsert proqramı ilə davam edib.

Tədbir iştirakçılarına Azərbaycan təamları, şirniyatlar, şərab və içkilər təqdim edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti