Ötən il hedc fondlarının kriptovalyuta bazarındakı gəlir marjası 1 500%-ə yaxın olub

16-02-2018, 18:58
Oxunub: 65
Kriptovalyuta bazarının kapitallaşması artacaq


2018-ci il kriptovalyutalar üçün yaxşı başlamasa da, son 4 ayda onlarla ticarət edən hedc fondlarının sayı 2 dəfə artaraq 226-ya çatıb. 

Report xəbər verir ki, bu barədə məlumatı "Autonomous NEXT" araşdırma şirkəti yayıb.

Sinqapurda yerləşən və Yaponiyanın nüfuzlu " Mizuho" bankının törəməsi olan "Eurekahedge" araşdırma şirkəti isə bəyan edib ki, 2017-ci ildə hedc fondlarının kriptovalyutalardan orta gəlir marjası 1 478% təşkil edib. Bu ilin yanvar ayında isə onlar 4,6% zərər ediblər.

"Autonomous NEXT"ə görə, hedc fondları hazırda kriptovalyuta bazarında 3,5-5 mlrd. ABŞ dolları dəyərində aktivlərə malikdir. Kriptovalyuta müətəxəssisi və məşhur investor Mayk Novoqrats (Mike Novogratz) bildirib ki, bazara institutsional investorların gəlməsi ilə kriptovalyuta bazarının kapitallaşması artacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti