İndiyədək “AÇG” yataqlar blokundan 125 mlrd. dollar gəlir əldə olunub

16-02-2018, 15:10
Oxunub: 131
Bu vaxtadək bu layihəyə 33 mlrd. dollar xərclənib


İndiyədək "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 3,3 mlrd. barelədək xam neft hasil olunub.

APA-Economics-in məlumatına görə, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu vaxtadək bu layihəyə 33 mlrd. dollar xərclənib. Layihənin icrası çərçivəsində Azərbaycan 125 mlrd. dollar gəlir əldə edib.

O bildirib ki, bu vaxtadək "Şahdəniz"dən 90 mlrd. kubmetrədək təbii qaz əldə edilib: "Ötən il "Şahdəniz-1" maksimum sabit hasilat gücü ilə işləməyə davam edib. Hasilat başlanandan bəri "Şahdəniz"dən ümumilikdə 89 mlrd. standart kubmetrdən çox qaz və 22 mlrd. tondan artıq kondensat əldə edilib".

Q. Conz qeyd edib ki, layihə üzrə işlər qrafikə uyğun olaraq irəliləyir: "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi qrafiki və büdcəni önləyir. Xərclər planlaşdırılmış büdcədən az olub, növbəti mərhələdə də xərclərin planlaşdırılmış büdcədən daha az olması gözlənilir: “Bu, belə bir layihə üçün görünməmiş işdir. "Şahdəniz-2"-dən ilk qaz üçün nəzərdə tutulan iş həcminin 99%-i görülüb. Bu ilin II yarısında qaz əldə ediləcək".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti