Azərbaycanın FOREX bazarı ötən il 34% böyüyüb

16-02-2018, 15:08
Oxunub: 74
Ümumilikdə FOREX bazarının ümumi həcmi 5,9 mlrd. manat olub


2017-ci ildə Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 5,5 mlrd. manat olan valyuta əsaslı və ümumi dəyəri 402 mln. manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib.

Bu barədə Report Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə törəmə maliyyə alətləri (FOREX) bazarının ümumi həcmi 5,9 mlrd. manat olub və 2016-cı illə müqayisədə bazarda 33,8% artım müşahidə edilib.

Ötən il repo əməliyyatlarının ümumi məbləği əvvəlki ilə nisbətən 25 dəfə artaraq 51,5 mln. manat olub. Dövlət istiqrazları ilə ümumi məbləği 30,8 mln. manat olan 37 repo əməliyyatı, korporativ istiqrazlarla isə 20,8 mln. manat məbləğində 14 repo əməliyyatı həyata keçirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti