"Şahdəniz" yatağından indiyədək 90 mlrd. kubmetr qaz hasil olunub

16-02-2018, 14:51
Oxunub: 76
""Şahdəniz-2" və Cənubi Qaqaz Boru Kəmərinn genişləndirilməsi layihəsi qrafiki və büdcəni önləyir"


Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz kondensat yatağından indiyədək 90 mlrd. kubmetr qaz, 22 mln. tona qədər kondensat hasil edlib.

Report xəbər verir ki, bunu bugünkü mətbuat konfranında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns bildirib.

O, "Şahdəniz-2" layihəsindən də danışaraq qeyd edib ki, layihə üzrə işlər qrafikə uyğun olaraq irəliləyir: "Şahdəniz-2" və Cənubi Qaqaz Boru Kəmərinn genişləndirilməsi layihəsi qrafiki və büdcəni önləyir. Xərclər planlaşdırılmış büdcədən az olub, planlaşıdırılmış büdcədən az xərclərin olması gözlənilir. Bu, belə ri layihə üçün görünməmiş işdir".

Onun sözlərinə görə, "Şahdəniz-2"dən ilk qaz üçün nəzərdə tutulan iş həcminin 99%-i görülüb: "Bu ilin II yarısında qaz əldə ediləcək".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti