İtaliya səfirliyi ötən il Azərbaycan vətəndaşlarına 10 mindən artıq viza verib

16-02-2018, 14:36
Oxunub: 69
Bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib


 "Ötən il İtaliya səfirliyi Azərbaycan vətəndaşlarına 10 mindən çox viza verib. Onların bir hissəsi biznes vizası olsa da, turist artımı tendensiyası mövcuddur".

Report xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

Diplomat Azərbaycanla İtaliya arasında turizm sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib.

Səfir Azərbaycana gələn italyan turistlərin sayının o qədər də çox olmadığını, lakin Azərbaycanın turizm sənayesinin inkişafına böyük əhəmiyyət verdiyini, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin onun inkişafı üçün səy göstərdiyini nəzərə alaraq sayımn artacağına ümid etdiyini vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti